“Şərq təranələri” ХI Uluslararası Musiqi festivalında azərbaycanlı ifaçı uğurla çıxış edib

 

 

Özbəkistanın Səmərqənd şəhərindəki qədim Reqistan meydanında keçirilən “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalı davam edir.

Festivalda Azərbaycanın gənc tarzəni, Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə uğurla çıxış edib. Onu nağarada Kamran Kərimov müşayiət edib. Onların ifa etdiyi 16 dəqiqəlik solo ifa münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub. Tamaşaçılar ifanı “Bravo” sözləri ilə alqışlayıb. Festivalda dünyanın 60-a yaxın ölkəsindən gələn 280 musiqiçi ifaçısı və musiqi nəzəriyyəçiləri iştirak edir.

Xudaferin.eu
Özbəkistan. “Daşkənd Bürosu”

12:27