Soydaşlarımız ödülləndirildilər

 

 

Qırğızstanın başkəndi Bişkekdəki “TÜRKEL” Media Qrupunun rəhbərləri Qazaxıstan Xalqları Assambleyasının fəxri fərmanına layiq görülüblər

 

Bişkekdəki “TÜRKEL” Media Qrupunun rəhbərləri - jurnalistlər Hökümə Xəlilova və Ramiz Məşədihəsənli xalqlar arasında dostluq, həmrəylik və birliyin dərinləşdirilməsi yönündə göstərdiyi fəaliyyətlərinə görə Qazaxıstan Xalqları Assambleyasının fəxri fərmanına layiq görülüblər. Qeyd edək ki, on beş ildən artıqdır fəaliyyət göstərən “TÜRKEL” Media Qrupu Azərbaycanla Qırğızıstan arasında ikitərəfli əlaqələrin təbliği və Azərbaycan həqiqətlərinin Orta Asiya mətbuatında işıqlandırılması istiqamətlərində çalışır. Bununla yanaşı, Qırğızstan, Qazaxıstan və Özbəkistanda yerli mətbuatla yanaşı, azsaylı Azərbaycan milli mətbuatında hər iki yazarın davamlı şəkildə yazıları dərc olunur. Özəlliklə də həmin KİV-lərdə qarşılıqlı olaraq, Türk topluluqlarının ortaq tarixi, dil və kültürünün özəlliklərinə geniş yer verilir.

Xudaferin.eu
Qırğızstan, “Bişkek Bürosu”

 

09:50