“ƏSA” teatrı “Okeanda iki maymaq” əsərini səhnələşdirəcək

 

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı “Okeanda iki maymaq” əsərini səhnələşdirəcək. Bu barədə teatrın bədii rəhbəri Nihad Qulamzadə deyib.

 

“Adamlar və siçanlar”dan sonra noyabrda növbəti tamaşanı səhnəyə qoymağı nəzərdə tutmuşuq. “Okeanda iki maymaq” adlı tamaşanın rejissoru İmam Həsənovdur. O, bir neçə filmin müəllifidir, həm də teatr rejissorudur. Ancaq görünür ki, əsərin səhnə variantının adı başqa cür olacaq. Əsərin müəllifi Azər Həsənovdur”, – deyə teatrın bədii rəhbəri bildirib.

Qeyd edək ki, “ƏSA” teatrının bundan əvvəl hazırladığı iki tamaşa çoxlu sayda tamaşaçı sevgisi qazanıb.

Xudaferin.eu

09:48