Rəssamlar İttifaqında türk xalqlarının folkloru sərgisi

 

 

İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılacaq.

 

Sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan fırça ustalarının əsərləri nümayiş ediləcək. Azərbaycan Rəssamlar İttifaqının və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər təqdim olunacaq. Doqquz rəssamın 30-dək sənət əsərinin nümayiş ediləcəyi sərgi bir həftə davam edəcək. Sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçi İlqar Əkbərovdur.

Xudaferin.eu

09:28