Qırğızıstanın sabiq baş nazirinin prezidentliyə namizədliyi irəli sürülüb

 

Qırğızıstanın “Respublika-Ata Jurt” partiyasının qurultayında parlament müxalifətinin lideri, sabiq baş nazir Omurbek Babanovun oktyabrın 15-də keçiriləcək seçkilərdə prezidentliyə namizədliyi irəli sürülüb.

Bu günədək prezident seçkilərində iştirak etmək üçün Qırğızıstan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasına 11 namizəd müraciət edib. 47 yaşlı Omurbek Babanov Rusiyapərəst siyasətçi, Qırğızıstanın 100 uğurlu iş adamından biri sayılır. 2010-cu il aprel inqilabının liderlərindən biridir, o vaxt qurulan müvəqqəti hökumətin tərkibində olub. Almazbek Atambayev dövlət başçısı seçildikdən sonra Qırğızıstanın baş naziri olub.

Xudaferin.eu
Qırğızıstan, “Bişkek Bürosu”

07:02