“İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan rəqs və musiqi qrupları iştirak edir. Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki yenidən beynəlxalq musiqi şöləninə ev sahibliyi edir. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.
İyunun 27-də “Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də Şəki sakinlərinə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib: “Bu festivalın özəlliyi ondan ibarətdir ki, konsertlər Şəkinin tarixi məkanlarında, memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da “festivallar şəhəri” Şəkinin tarixi, memarlığı, sənətkarlığı, folkloru geniş şəkildə təbliğ olunur”.
Bildirilib ki, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə musiqisevərlərə xoş bayram ovqatı bəxş olunacaq. Festivalın proqramında, həmçinin Azərbaycan musiqi mədəniyyəti də geniş təmsil olunur: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək Yolu” VIII Beynəlxalq Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz izlər buraxacaq”.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Bildirilib ki, müxtəlif ölkələrdən musiqi kollektivlərini, sənətçiləri bir araya gətirən “İpək Yolu” festivalı Şəkinin mədəni həyatında çox böyük hadisədir. Diqqətə çatdırılıb ki, Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması və təbliği sahəsində xidmətlərinə görə festivalın bədii rəhbəri Firəngiz Əlizadə “Şəkinin fəxri vətəndaşı” adına layiq görülüb.
Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti - Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub. Gecədə solistlər - xalq artisti Ənvər Sadıqov (qarmon), əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə və orkestrin bədii rəhbəri Teymur Göyçayevə xatirə hədiyyəsi - festivalın simvolu təqdim olunub.
Festival çərçivəsində iyunun 28-də “Marxal” istirahət kompleksinin Yay teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub. Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəkidə keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq il ərzində ölkəmizdə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. “İpək Yolu” festivalında Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır. Məlumat verilib ki, “Va-Liqa” musiqi qrupu Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Qrupun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, “vadaiko” (yapon barabanları), “şamisen” (simli musiqi aləti), “minyo” kimi folklor musiqisi daxildir. Qrup müxtəlif ölkələrdə üç yüzdən artıq konsert verib. “Va-Liqa” musiqi qrupunun 2014-cü ildə və sonrakı illərdə paytaxt Bakıda və respublikamızın digər şəhərlərində konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Təqdimatdan sonra musiqi qrupu rəngarəng proqramla çıxış edib. Qrupun üzvləri Yamanaka Nobutonun, Sai Hidetoşinin və Takaku Teritoşinin ənənəvi yapon musiqi alətləri olan şamisen, vadaiko və zərb alətlərində təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qrupun üzvlərinin konsertin sonunda ifa etdikləri Azərbaycan himni ayaq üstə alqışlanıb. Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.
“İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü axşam Şəki Xan sarayının həyətində tamaşaçılara polyak və macar melodiyaları təqdim olunub. Konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib. Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edir. O, həmçinin “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Xalq ənənələrindən və müasir yaradıcılıqdan ilham alan polyak musiqiçi dəfələrlə xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb. Konsertin ikinci hissəsində tamaşaçılar Macarıstanın “Guessous Mesi Trio” qrupunun çıxışını izləyiblər.
Məlumat verilib ki, musiqi qrupu macar və türk xalq mahnılarının qovuşmasından yaranan kompozisiyaları ifa edir. Eyni zamanda qrupun solisti Mesinin ifasında Mərakeş musiqi ənənələri də özünü göstərir. Mesi bu qrupla Macarıstanda, eləcə də İspaniya, ABŞ, Kanada, Türkiyə və digər ölkələrdə konsertlər verib. Qrupun konsertləri Türkiyədə xüsusilə sevilir. Ania Brodanın və “Guessous Mesi Trio” qrupunun ifasında musiqi nömrələri tamaşaçıların ruhunu oxşayıb. Sonda təşkilatçılar adından Ania Broda və macar musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.
Qədim Şəkidə növbəti musiqi bayramı

Xudaferin.eu
09:32
Digər xəbərlər