Qazi və şəhid balaları Bakıdan Çanaqqalaya yol aldı

 

Türkiyədə qeyd olunan Qazilər Həftəsi çərçivəsində Azərbaycan uşaqları İğdırdan Çanaqqalaya qədər səfər zamanı şəhərlərin nümayəndələri və QHT-lərlə görüşlər və tədbirlərdə olacaqlar.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyilə Azərbaycan Qazi Qadınlar Cəmiyyəti Qarabağ şəhid və qazilərinin uşaqlarından ibarət olan 25 nəfərlə Türkiyənin bir başından o biri başına qədər gəzərək Çanaqqala ruhunu hiss edəcək.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin rəhbəri İrfan Çiftçi bu barədə məlumat verərək bildirib: “Qazilər Həftəsi münasibətilə Nazirliyimiz Azərbaycan uşaqları üçün xüsusi aksiya təşkil edib. Türkiyədə qeyd olunan Qazilər Həftəsi çərçivəsində Azərbaycan uşaqları İğdırdan Çanaqqalaya qədər səfər zamanı şəhərlərin nümayəndələri və QHT-lərlə görüşlər və tədbirlərdə olacaqlar. Yolçuluq artıq başlayıb. Sentyabrın 13-ündə Bakıda Türkiyə Səfirliyi qarşısındakı Atatürk parkında toplanan Qarabağ qaziləri və şəhidlərinin övladları səfirliyin qapısında xatirə şəkli çəkdirərək yola çıxıblar. 15 saata İranı keçərək 14-ündə İğdıra daxil olublar. İğdır soyqırım abidəsi önündə şəhərin rəsmiləri və camaatı tərəfindən qarşılanıblar. Bir neçə saat dincəldikdən sonra İğdırdan Uşak şəhərinə yola düşüblər. 18 sentyabrda Çanaqqalada olması gözlənilən Azərbaycan uşaqları və yaxınları Türkiyədə 19 Sentyabr Qazilər Günü tədbirlərində iştirak edəcəklər. Onlar Manisa, Afyon, İzmir və Ankaraya da gedəcək, oralardakı şəhidlik və tarixi yerlərə baş çəkəcəklər. Qrup 22 sentyabrda Bakıya qayıdacaq”.

Qazi uşaqlarının Çanaqqala səfəri yol boyu uşaqlar tərəfindən foto və video çəkilişlərlə xatirələrə yazılacaq. Bunların arasından seçilmiş şəkillərdən ibarət sərgilər açılacaq və mediada dərc olunacaq.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:38