Qazaxıstanda Türkiyə Filmləri Həftəsi

 

C.Yıldız:  “Çimkentdə keçirdiyimiz tədbirə kinosevərlər gözlədiyimizdən artıq maraq göstərdilər, filmlərimiz göstərilən salon ağzınacan dolu idi"

Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Dərnəyinin Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi və Qazaxıstan Çimkent İcra Hakimiyyətinin köməyilə ticarət mərkəzində təşkil ediyi Türkiyə Filmləri Həftəsinin son günündə "Somuncu ata: məhəbbətin sirri" filmi kinosevərlərə təqdim olunub. Nümayişdən sonra təşkil olunan tədbirin bağlanış mərasimində filmin aktyorları Furkan Palalı və rejissoru Kürşad Kızbaza mükafat nişanı təqdim edilib.

Festivalın koordinatoru Cahit Yıldız çıxışında deyib: “Çimkentdə keçirdiyimiz tədbirə kinosevərlər gözlədiyimizdən artıq maraq göstərdilər. Filmlərimiz göstərilən salonacan dolu idi. Tamaşaçılarla gözəl bir bağ yarandı. Qazaxistan xalqı Türkiyə haqqında ətraflı məlumata sahibdirlər.”

Türkiyə Filmləri Həftəsi zamanı - 5 gün ərzində "Somuncu ata: məhəbbətin sirri ", "Bordo Bereliler: Suriya", "Uzun hekayə", "120", "Müqaviləli yarım", "Can", "Gözümün nuru", "Son məktub" filmləri pulsuz olaraq göstərilib. Tədbirə həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Xoca Əhməd Yesevi Beynəlxalq Türk-Qazax Universiteti, Yunus Əmrə İnstitutu, Karagöz Agentliyi, Doğuş İnşaat və “Atlas Global” firmaları dəstək olub.

 

Xudaferin.eu

Qazaxstan, "Astana Bürosu"

 

10:23