“Qatil” filmi Tifis Beynəlxalq Film Festivalına dəvət alıb

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tifis Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival noyabrın 28-dən dekabrın 4-dək keçiriləcək. Filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Xudaferin.eu

17:57