“Özləm” tamaşası Zənganda səhnəyə qoyulub

 

Güney Azərbaycan sənətçilərinin öz ana dillərində, yəni türk dilində hazırladığı “Özləm” tamaşası Miyana, Marağa və Tərbiz kimi şəhərlərindən sonra Zəngan şəhərində də səhnəyə qoyulub.

Müəllifi Zəhra Xudabəndə olan tamaşanı rejissor Həsən Əzimi səhnələşdirib. “Özləm” tamaşasının mövzusu Güney Azərbaycanın Miyana bölgəsində anladılan bir əfsanədən alınmışdır. Bununla yanaşı, tamaşanın musiqi tərtibatı özəlliklə tamaşaçılar tərəfindən çox böyük coşqularla qarşılanıbdır.

Qeyd edək ki, son illərdə müxtəlif janrlarda tamaşaların Güney Azərbaycanıın şəhərlərində türk dilində səhnəyə qoyulması əhali arasında teatr sənətinə geniş rəğbət qazandırıb. Faktiki olaraq, Güney Azərbaycanda dərc olunan bütün qəzetlərdə və sosial şəbəkələrdə Tərbizdə teatr sənətində tarixi bir dövrün yaşandığını qeyd edirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

11:50