Ortaq Türk kültür irsinin tanıdılması üçün işbirliyi

 

Türk Dünyası Jurnalistlər Federasiyasının başqanı Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin təmsilçiləri Bakıda Uluslararası Türk Kültür və İrsi Fondunda olublar.
 

Görüşdə Dəmir Menderes “Türk Dünyası Jurnalistlər Federasiyası”nın fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülmüş işlərdən söz açıb. O, eyni zamanda, Türk Dünyası ilə bağlı federasiya tərəfindən planlaşdırılan tədbirləri, o cümlədən Amasya Universitetinin dəstəyilə “Türk Dünyası sənədli film festivalı”, “Qorqud Ata Aşıqlar Karvanı” layihələri barədə məlumat verib.

Fondun başqanı Günay Əfəndi belə layihələrin ortaq Türk kültür irsinin qorunması, təşviqi, dünyaya tanıdılması və bütövlükdə Türk Dünyasının kültür birliyi üçün önəm  daşıdığını deyib. Daha sonra, hər iki qurum işbirliyi yönündə bir sıra anlaşmalar əldə ediblər.

Xudaferin.eu

10:53