Güney Azərbaycanın Əhər şəhərində XXI yüzilin məhkəməsi

 

Milli Hərəkatın Türk dilinin haqları uğrunda mücadilə aparan fəallarının kütləvi məhkəməsi keçirilib

Bir neçə il öncə “Dünya Ana Dili Günü” nədəni olaraq, Güney Azərbaycanda düzənlənən törənlərə qatıldıqları zaman nəzarət altına alınmış onlarla dil haqları müdafiəçiləri Əhər Məhkəməsində kütləvi şəkildə mühakimə ediliblər. Əhər şəhərində İran mollakratiya rejiminə qulluq edən yerli məhkəməsi milli fəalların bir hissəsini “təhlükəsizliyi pozmaq məqsədi ilə rejimə muxalif qruplaşmaları təsis və idarə etmək” ittihamı, bir qismini isə bu qruplaşmalara üzv olmaqda günahlandırır.

Əhərdə mühakimə olunan fəallardan Abbas Lisani, Rəhim Qulami, Əsgər Əkbərzadə, Məhəmməd Rəhmanifər, Meysəm Azadi, Mənsur Seyfi, Əkbər Əbulzadə, Cəlal Durudgəri, Vəhid Faizpur, Şapur Nüsrətpur, Meysəm Colani, İbrahim Nuri, Əlirza Çəngizi, İsrafil Fətullazadə, Vahid Bəstami, Süleyman Kazımi, Mehdi Zincirbulaği, Beytullah Bərzgər, Murtaza Səfəri, Arəş Cəfəri, Əkbər Cahangiri, Murtaza Şükri, Hamid Allahverdi, Murtaza Məhəmmədi və Məcid Nağızadənin adları məlum olub.

Mollakratiya rejiminin bütün basqılarına baxmayaraq, fəalların bir çoxu müdafiələrini yazılı olaraq türk dilində məhkəməyə təqdim ediblər. Onu da qeyd edək ki, belə bir olay ilk dəfədir ki, Güney Azərbaycanda baş verir. Bu fəalların bir neçəsi həmçinin 2015-ci il noyabrın 9-da keçirilən kütləvi etirazlar və Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün mühakimə edilirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:02