Güney Azərbaycan milli fəallarından Əta Kərimi tutuqlandı.

 

Kiş şəhərində çalışan və doğma yurdu Urmuya tətilə gələn Əta Kəriminin evinə polislər hücum edərək, milli fəalı tutuqlayaraq birbaşa heç bir dəllil-sübut olmadan onu zindana aparıblar.

Xatırladaq ki, Əta Kərimi 2014-cü ilin 9 sentyabr tarixində Urmunun “Durnalar Yuvası” voleybol salonunda Urmu takımının oyunu zamanı Azərbaycannın milli bayrağını dalğalandırdığı üçün Yasir Əkbər, Məhəmməd Təməddüni və Nima Həsəni ilə birlikdə tutuqlanmışdı. 8 ay zindana saxlanılan 4 milli fəal mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Bu ilin 18 aprel tarixində isə Urmudakı mollakratiya rejiminin “İslam İnqilabı Məhkəməsi”  bu 4 fəal haqqında həbs cəzası təyin edib və bu proseslə bağlı Əta Kərimini həbs edib.
Qeyd edək ki, İran mollakratiya rejimi son bir neçə ildə daha da güclənən və vüsət alan Güney Azərbaycan Milli Hərəkatından qorxaraq, onun fəallarını qondarma ittihamlarla əsil avtoritar və diktator rejimlərinin xarakterinə uyğun olaraq tutuqlama siyasətini bir daha gücləndiribdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

 

06:35