NİDA fəalının apellyasiya şikayəinə baxış davam etdirilib

 

Mayın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə NİDA Hərəkatının fəalı Elgiz Qəhrəmanın işi üzrə məhkəmə prosesində müdafiə tərəfi çıxış edib. Vəkil Fariz Namazlı xatırladıb ki, E. Qəhrəman 2016-cı il avqustun 12-də həbs olunub və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. Onun saxlanması barədə ailə üzvlərinə məlumat verilməyib. Ona işgəncə verərək narkotik maddə "tapmasını" və ondan istifadə etmək istəməsini etiraf etməyə məcbur ediblər. Əslində isə narkotik vasitə onun üzərinə qoyulub.

 

Bundan əlavə, 4 aylıq həbsilə bağlı apellyasiya şikayəti üzrə prosesdə iştirak etməsin deyə təyqizlər nəticəsində ondan ərizə alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsi bu amilləri nəzərə almayıb. Bundan əlavə, birinci məhkəmə instansiyası E.Qəhrəmanda narkotik maddənin olması barədə "operativ məlumat" verən şəxsi dindirməkdən imtina edib. Məhkəmə BMCMİ-nin qeydiyyat kitabını tələb etməyib. Bu kitabda həmin operativ məlumatın daxil olması qeyd edilməliydi, vəkil bildirib. Mayın 18-də Bakl Apellyasiya Məhkəməsində məhkəmə iclası davam etrdiriləcək. E.Qəhrəmanın şikayəti üzrə qərarın çıxarılması gözlənilir.

E.Qəhrəman 2016-cı il avqustun 12-də külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi ittihamı ilə həbs edilib. Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

NİDA Hərəkatı E.Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bildirib. Həbsin əsl səbəbi kimi Facebook-da İlham Əliyevin oğlunun görkəmli dövlət xadimi Şah İsmayıl Xətai ilə müqayisə olunmasına istehza ilə yanaşması göstərilir. E.Qəhrəmanı yerli hüquq-müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanınıb.

Amerikaninsesi.org

09:24