“Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabının təqdimatı olub

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, filoloq Zülfiyyə Mehdiyevanın “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində müəllif kitab haqqında oxuculara məlumat verib və sualları cavablandırıb.

Bildirilib ki, Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitab Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər ilk prezidenti olmuş Mustafa Kamal Atatürk haqqındadır. Kitabda Mustafa Kamal Paşanın nitqləri, yazdığı əsərlər, geyim stili, çıxışları, məşhur sözləri, qatıldığı müharibələr, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub. Əsərdə böyük Mustafa Kamal Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.

Kitabın elmi redaktoru, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır. Sonda Z.Mehdiyeva imzası ilə kitabları oxuculara təqdim edib.

Xudaferin.eu
“Bakı Bürosu”

09:18