Müslüm Maqomayevin 75 illiyi münasibətilə Moskvada konsert olub

 

Moskvada, Kreml sarayında dahi Azərbaycan müğənnisi və bəstəkarı, xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə “Sənsiz mahnı yoxdur” (“Нет песни без тебя”) adlı konsert proqramı təşkil edilib.

Müğənninin xanımı, məşhur opera müğənnisi, keçşmiş SSRİ xalq artisti, məşhur opera solisti Tamara Sinyavskaya da tamaşaçılar arasında olub. Konsertdə Müslüm Maqomayevin məşhur mahnıları “TenorA XXI veka” art layihəsinin solistləri və dirijor Dmitri Yurovskinin rəhbərliyi ilə Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri tərəfindən ifa edilib.
Qeyd edək ki, yubiley tədbirində Rusiyanın ən ünlü opera solistləri, vokal ifaçıları, mərhum sənətkarın yaxın dostları və  Müslüm Maqomayev sənətinin pərəstişkarları iştirak etmişlər. Bildirilib ki, bir daha dünya vokal sənətində bariton səsi ilə vokal ifası imkanlarını onun kimi böyük sənət dahisi bir daha olmayacaqdır. Çünki, belə bir ifaçılıq üslubu yüz ildə bir dəfə dünyaya gəlir.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

09:13