Musiqi məktəbinin şagirdləri universitetdə konsert veriblər

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbi şagirdlərinin və “Rafig's Jazz Group”un iştrakı ilə “Retro Caz” adlı konsert keçirilib.

ADMİU-dan bildiriblər ki, konsertdə musiqi məktəbinin şagirdləri Rafiq Babayevin “2 prelüd”, Vaqif Mustafazadənin “Mart”, Milan Dvorjakın “Etüd № 2”, Daniil Kramerin “Petersona ithaf”, Hans Lanqin “It’s oh so quiet”, Henri Mançininin “Moon river” və digər retro caz nümunələri ifa ediblər. İfaçıları musiqi sənəti fakültəsinin instrumental ifaçılıq ixtisasında təhsil alan Aytən Cəbrayılova və “Rafig’s Jazz Group”u müşayiət edib.
Qeyd edək ki, konsert proqramı buraya toplaşan bütün tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır.

Xudaferin.eu

 

09:31