Mötəbər tədbirlərin məkanı-Məhsəti Gəncəvi Mərkəzi

 

 

Gəncədə bir çox mühim tədbirlərin məkanı olan, eyni zamanda şəhərimizin gözəlliyinə gözəllik qatan, möhtəşəm memarlıq abidələrindən biri olan Məhsəti Gəncəvi Mərkəzinin inşa olunması da məhz bunun əyani sübutudur.
 

Mərkəzdə 2013-cü ilin noyabr-dekabr aylarında Fransanın Reyms, Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən sərgi və konsertlərdən fotolar nümayiş olunur, şairənin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar , milli musiqi alətləri, xalçaçılığa aid nəşrlər, intibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir. Burada elmi-praktik konfransların, əhəmiyyətli layihələrin təntənəli açılış mərasimlərinin, gənclərin hərtərəfli inkişafına xidmət göstərən görüşlərin, fərqli janrlarda sərgilərin keçirilməsi Mərkəzin daha geniş tanınmasında mühüm rol oynayır. 2014-cü ildən istifadəyə verilən Mərkəz bu gün həm şəhər sakinlərinin, həm də turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Hər il yüzlərlə insan Mərkəzin qonağı olur, Azərbaycanının mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olur, qədim mədəniyyət mərkəzi Gəncə haqqında zəngin məlumat əldə edirlər.

Cəmilə Kərimova

Gəncə

09:29