Mollakratiya rejimi bir neçə ay öncə doğulmuş təbrizli uşağa şəxsiyyət vəsiqəsi vermir

 

İran mollakratiya rejiminin “Qeydiyyat İdarəsi” bir neçə ay öncə Təbrizdə dünyaya gələn uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Bunun əsas nədəni isə, uşağa ailəsinin ona türkcə Elnarə adını seçməsidir.

Beləliklə də yaranmış bu durum uşaq və onun valdeynlərini səhiyyə xidmətləri və digər rəsmi işlərdə bir çox problemlərlə üz-üzə qoyub. Uşağın ailəsinin açıqlamasına görə,  onlar övladlarına Elnarə adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün Güney Azərbaycanın başkəndi Tərbizdəki “Qeydiyyat İdarəsi”nə dəfələrlə müraciət ediblər. Bütün cəhdlərdən sonra nəticə almayan valdeynlər Tehranda “Kimlik Sənədləri üzrə Baş İdarə”yə müraciət ediblə. İdarənin rəisi Əsədullah Parsa ilə görüşərək yaranan problemin həll olunmasını tələb ediblər. Ə.Parsa görüş zamanı onlara problemin öz həllini tapacağını bildirsə də, sonradan Güney Azərbaycanın başkəndi Tərbizdəki “Qeydiyyat İdarəsi”nə yazdığı məktubda Elnarə adının yerinə Elnara adı təklif edib. Bununla da məmurlar stədikləri adı uşağın valdeynlərinə calamağa çalışıblar. Rəsmi açıqlamalarda türkcə adın tərkibinin (El+nar+ə) qarmmatikaya uyğun olmaması bildirirsə də, problemin məhz türk adı və kimliyi ilə bağlı olduğu kimsəyə gizli deyil.

Uşağın ailəsi bildirir ki, məsullar Elnarə adının mollakratiya rejiminin qanuni adlar siyahısında olmadığını bildiriblər. Lakin onlar adlarla bağlı müxtəlif maddələrə istinad edərək belə bir adla şəxsiyyət vəsiqəsinin verilməsini qanunauyğun olduğunu vurğulayırlar. Uşağın atası hələ də övladına türk adı verməkdə qərarlıdır. O bildirib ki, özünün və övladının qanuni hüququnu təmin etmək üçün müxtəlif səlahiyyətli orqanlar və insan haqları qurumlarına müraciət edəcək.

Qeyd edək ki, mollakratiya rejimi 39 il öncə mövcud olmuş və 57 il iqtidarlıq siyasəti adı altında diktator rejimi pəhləvilər sülaləsinin 1925-ci ildə gündəmə gətirdiyi paniranizm və panfarszim ideologiyasının prinsipləri çərçivəsində dünyaya gələn körpə uşaqlara fars-ərəb adlarının verilməsində heç bir problem görmürlər. Türk dilində verilən adlara qarşı kəskinliklə çıxırlar.
 

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

 

10:47