“Molla Nəsrəddin Türk Dünyasının gülən üzüdür”

 

58-ci Beynəlxalq Akşehir Molla Nəsrəddini Anma və Yumor günləri başladı.

Konya şəhərinin Akşehir qəsəbəsində start verilən tədbirlər keçirilməyə başlanıb. Molla Nəsrəddin Hoca Arxeologiya və Etnoqrafiya Muzeyində başlanan tədbirlər çərçivəsində muzey önünə gələn səlahiyyətlilər, Molla Nəsrəddin rolunu icra etməsi üçün teatr və kino sənətçisi Əhməd Yenilməzi tədbirə dəvət dəvət ediblər.

Molla Nəsrəddin rolunu icra edən Yenilməz qapının qarşısında onu gözləyən eşşəyinə tərs minərək vətəndaşlara şəkər paylayıb. Yenilməzə tədbirdə “Mehter” musiqi qrupu müşayiət edib. Daha sonra Akşehir gölünə gelən Yenilməz gölə maya vurub. Daha sonra Molla Nəsrəddin meydanında mərasim təşkil edilib.

Konya valisi Yaqub Canbolat çıxışında deyib ki, adı və əsərləri çağların və coğrafiyaların üzərində olan Molla Nəsrəddin Türk Dünyasının gülən üzüdür. Molla Nəsrəddinin nəsildən nəsilə ötürülən lətifələrinin millətin kəskin zəkasının, tolerantlığının və səviyyəli yumor anlayışının simvolu olduğunu vurğulayan Canbolat deyib ki, istər yaşadığı dövrdə, istərsə də əsrlər sonrasında yumora baxışı ilə damğa vuran Molla Nəsrəddin Akşehir qəsəbəsi ilə bütövləşib. Balkanlardan Orta Asiyaya qədər bir çox ölkədə tanınan Molla Nəsrəddin lətifələri həm yumor yolu ilə ictimai mövzulara tənqid gətirib həll yolları təqdim etməsi, həm də qardaşlıq, sülh, nikbinlik mesajları daşımasıyla bütün insanlığa səslənmişdir. Molla Nəsrəddin rolunu təcəssüm etdirən sənətçi Yenilməz isə hər kəsin üzündə təbəssümün əskik olmamasını diləyib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:15