“Milliliyimizi qoruyaq”

 

Xətai Sənət Mərkəzində Beynəlxalq sülh gününə həsr edilmiş sərgi
 

Bakı Xətai Sənət Mərkəzində “Milliliyimizi qoruyaq” adlı rəsm sərgisi açılıb. Beynəlxalq sülh gününə həsr edilən sərgi  Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbiri giriş sözüylə layihənin rəhbəri, rəssam Elnurə İsgəndərova açaraq beynəlxalq günün mahiyyəti, layihə barədə, sərginin iştirakçıları haqqında bilgi verdi. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, M.Ə.Sabir adına kitabxananın direktoru Gülşən Abbasova və başqaları çıxış edərək sərgi haqqında düşüncələrini sənətsevərlərlə bölüşdülər. Tədbirdə 350-dən çox rəssamın təsviri və tətbiqi sənətin müxtəlif janrları üzrə 200 əsəri nümayiş olunur. Sərginin iştirakçılarına diplomlar təqdim edildi.

Xudaferin.eu

11:50