Mehdi Paşayi: Güney Azərbaycana qarşı vergidə deyil, investisiyada ayrıseçkilik var

Son vaxtlar İran mollakratiya rejiminin ölkə parlamentinə təqdim etdiyi büdcə layihəsində müxtəlif vilayətlərdən toplanacaq verginin artacağına dair açıqlanan rəqəmlər xüsusilə Güney Azərbaycanda qızğın mübahisələrə səbəb olub. Bəzi yerli siyasətçilər, iş adamları, jurnalistlər habelə millət vəkilləri xüsusilə Şərqi Azrbaycan və Zəncan kimi vilayətlərin ödəyəcəyi vergiyə həddən artıq çoxalma gətirildiyini ədalətsizlik olaraq qiymətləndirirlər. “Amerikanın Səsi” bu haqda iqtisadiyyat eksperti Mehdi Paşayi ilə danışıb.

Mehdi Paşayi vilayətlərdən toplanacaq verginin artacağına dair açıqlanan rəqəmlərin 2017-ci il dövlət büdcəsi planlaşdırması ilə əlaqədar təxminlərdən ibarət olduğunu deyir. Güney Azərbaycan və ümumiyyətlə türklərin yaşadığı bölgələrin ən çox gəliri olan şirkət Təbrizin neft-kimya şirkətidir ki İranda 89-cu yerdədir. Onun sözlərinə görə, Azərbaycan vilayətləri və ümumiyyətlə türklərin yaşadığı bölgələrə qarşı iqtisadi ayrıseçkiliklər vergi deyil investisiya sahəsindədir.
“Müxtəlif vilayətlərdə fərqli vergi siyasəti yoxdur. Misal üçün İran Xodro (Tehranda yerləşən avtomobil şirkəti) və Təbrizin neft-kimya şirkəti eyni vergini ödəyirlər. Vergi toplandıqdan sonra məlum olur ki hansı vilayətdən nə qədər vergi toplanıb,” deyə Mehdi Paşayi ifadə edir. Xəbər agentliklərin yayımladığı məlumata görə, 2017–2018) büdcə layihəsində Güney Azərbaycanın ödəyəcəyi vergidə 13.9 faiz artma görünür. Bu rəqəm Tehran vilayəti üçün 6.7 faiz, İsfahan vilayəti üçün isə 2 faizdir.
Mehdi Paşayi bu rəqəmlərin fərziyyə və təxmin olduğunu deyir. Onun anlatdığına görə, büdcə layihəsində dövlət keçən il müəyyən vilayətlərdən gələn vergiyə baxır. Sonra gələcək ilin gəliri və müəyyən şəraiti təxmin edərək toplanan verginin nə qədər artacağına dair fərziyyələr irəli sürür və büdcəni o əsasda planlaşdırır. 2017–2018-ci il  büdcə layihəsində Güney Azərbaycanın ödəyəcəyi vergidə 13.9 faiz artma görünür. Bu rəqəm Tehran vilayəti üçün 6.7 faiz, İsfahan vilayəti üçün isə 2 faizdir. İqtisadiyyat eksperti İran Azərbaycanına qarşı iqtisadi ədalətsizliyin əsasən investisiya sahəsində olduğunu önə çəkir.
“Sənaye İdarəetmə Təşkilatı hər il İranda ən çox gəliri olan ilk 500 şirkətin siyahısını nəşr edir. Bu ilki siyahıda 89-cu yerə qədər Güney Azərbaycanın Ərdəbil, Zəncan, Həmədan və türklərin yaşadığı başqa bölgələrdən heç bir şirkət yoxdur. Bu bölgələrdə ən çox gəliri olan şirkət Təbrizin neft-kimya şirkətidir ki İranda 89-cu sıradadır. Maraqlısı budur ki bütün gəlirin 50 faizi ilk 15 şirkət vasitəsi ilə əldə edilir,” deyə Mehdi Paşayi qeyd edir.

Amerikaninsesi.org

11:10