Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 11 saylı filialında maraqlı aksiyaya imza atılıb. Kitabxananın ərazisində yaşayan fiziki qüsurlu və sağlamlıq imkanları məhdud insanların informasiyaya olan tələbatlarının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə kitabxanaçılar onların evlərinə gedir, mütaliəyə olan maraqlarını öyrənir, kitabxana xidməti ilə əhatə olunması üçün lazımi şərait yaradırlar.
Kitabxananın müdiri Esmira Həsənova fiziki qüsurlu Şahin Məmmədovun evində olub, bədii ədəbiyyatlardan ibarət hazırladığı kitab xülasəsini təqdim edib. Görüş zamanı Şahin Məmmədov kitabxanaya üzv yazılıb, diqqətini çəkən əsərləri oxumaq üçün götürüb. Şahin Məmmədov ona göstərilən kitabxana xidmətinə görə təşəkkürünü bildirib.
Kitabxanaçılardan xeyirxah addım

Hicran Məmmədova
Gəncə
13:14
Digər xəbərlər