Kinoteatr üçün ilk LED ekranı nümayiş etdirilib

 

 

“Samsung Electronics” şirkəti dünyanın ilk işıq diodlu (LED) kinoteatr ekranını nümayiş etdirib. “Samsung Cinema Screen” adlanan qurğunun diaqonal üzrə ölçüsü 10,36 metr, təsvir ölçüsü 4096х2160 təşkil edir. Ekranın parlaqlığı standart kinoteatr proyektorlarının göstəricilərini 10 dəfə üstələyir.

 

“Samsung Cinema Screen” qurğusunun nümayiş etdirdiyi təsvir parlaq rəngləri və kontrastlığı ilə seçilir. Yeni qurğu hazırda kino avadanlıqlarının qiymətləndirilməsi üçün tətbiq edilən mövcud “DCI” spesifikasiyalarını xeyli geridə qoyur. Cənubi Koreyanın “Lotte Cinema” kino şirkəti ilə birlikdə hazırlanan “Samsung Cinema Screen” ekranı “High Dynamic Range” texnologiyasını dəstəkləyir. “LED” ekran Cənubi Koreya kinoteatrlarında uğurla sınaqdan keçirilib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:21