İzmirdəki milli diasporumuz Alıxanlı faciəsinə sərt təpki göstərdi

 

Türkiyənin İzmir şəhərindəki “Azərbaycan Kültür və Dayanışma Dərnəyi” Ermənistanın təcavüzkar ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması və bunun nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda Ermənistanın Xocalı faciəsi da daxil olmaqla, bir çox qanlı təxribatlar törətdiyi bildirilir. Qeyd olunur ki, bu faciə Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ortaya qoyur. Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-ü tarixində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənib, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin regionda sabitliyə mənfi təsir etdiyi vurğulanıb.

İzmir “Azərbaycan Kültür və Dayanışma Dərnəyi” dünya dövlətlərini, eləcə də uluslararası təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Xudaferin.eu
Türkiyə, “İzmir Bürosu”

09:41