İsveçdə yaşayan soydaşımızın kitabı Daşkənddə özbək türkcəsində

 

İsveçdə yaşayan soydaşımız Eluca Atalının “Özünü gətir” adlı kitabı Daşkənddəki “Turon zamin ziyo” nəşriyyatında özbək türkcəsində çapdan çıxıb.

Kitabda müəllifin esse, fəlsəfi-bədii miniatür və hekayələri toplanıb. Əsərləri özbək türkcəsinə Şərmurod Subhan tərcümə edib. Kitaba “Gözəl ziyarət” adlı ön sözü tanınmış şair Bahrom Ruzimuhammad yazıb. Orada deyilir: “Eluca Atalının bu kitabı həyatın fəlsəfə dolu yanğısıdır, oxuyanı düşündürür və yazmağa sövq edir”.

Xatırladaq ki, Eluca Atalının əsərləri Özbəkistanın qəzet və jurnallarında müntəzəm olaraq çap edilir. Stokholmda yaşayan soydaşımız orta məktəbdə İsveç ədəbiyyatı və dilindən dərs deyir.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:23