İsveçdə Qara Qarayev və Nazim Əliverdibəyovun kompozisiyaları təqdim edilib

 

İsveç tamaşaçılarına Qara Qarayevin və Nazim Əliverdibəyovun kompozisiyaları təqdim edilib. Uzun illərdir İsveçdə yaşayan azərbaycanlı musiqiçi Leyli Yekta yerli tamaşaçılar qarşısında “Baxdan “Bayatı-Şiraz”adək” (“Fran Bach till Bayati-Shiraz”) adlı konsert proqramı ilə çıxış edib.

Stokholmun məşhur “Högalid” kilsəsində keçirilən konsertdə görkəmli bəstəkarlar Qara Qarayev, Nazim Əliverdibəyov, habelə İohan Sebastyan Bax və Uillan Hilinin əsərləri səsləndirilib. Konsertin əsas fərqləndirici məqamı Nazim Əliverdibəyovun məşhur “Bayatı-Şiraz” kompozisiyasının orqanda ifa edilməsi olub.
Tədbirin başlıca məqsədi yerli tamaşaçıları Azərbaycan klassik musiqisi ilə tanış etmək olub. Konserti Azərbaycanın Stokholmdakı səfirliyinin əməkdaşları, habelə yerli musiqisevərlər izləyiblər. Azərbaycan bəstəkarlarının əsərləri yerli tamaşaçılar tərəfindən, həqiqətən də, maraqla qarşılanıb.

Xudaferin.eu
İsveç, “Stohkolm Bürosu”

09:33