İstedadlı əlil qadınların əl işlərindən ibarət satış-sərgi

 

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir. Bu səbəbdən, onlara diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Gəncədə əlillərə yüksək səviyyədə qayğı göstərilir, onların problemlərinin həll edilməsinə xüsusi həssaslıqla yanaşılır.

 

“Əlil Qadınlar” Cəmiyyətinin Gəncə şəhər şöbəsinin təşkilatçılığı ilə Xəmsə Park Ticarət və Əyləncə Mərkəzində yaradıcılıq imkanları ilə seçilən əlilliyi olan 10 istedadlı gənc qadının əl işlərindən, rəsm nümunələrindən ibarət satış-sərgisi təşkil edilib. Xeyirxah insanlar satış-sərgidən əl işləri, yaradıcılıq nümunələri almaqla yaradıcı əlillərə maddi dəstək göstəriblər. Sərgi iki gün davam edib.

Hicran Məmmədova

Gəncə

09:45