İraqın qondarma Kürdüstan vilayətini tərk edən minlərlə insan Türkiyə sərhədinə toplaşıb

 

Türkiyə ilə sərhəddə İraqın bölücü Kürdüstan regional vilayətini tərk etmək istəyən minlərlə insandan ibarət uzun növbələr yaranıb.

İraqın mülki aviasiya idarəsinin qərarı qüvvəyə minib. Rəsmi Bağdadın verdsiyi açıqlamaya görə, bölücü Kürdüstan vilayətinin Ərbil və Süleymaniyə şəhərlərindəki aeroportlarla beynəlxalq hava əlaqəsi dayandırılır. Qadağaya regionda müstəqilliklə bağlı qeyri-qanuni keçirilən referendum səbəb olub.

Türkiyə və Avropa şəhərlərinə getmək istəyən, lakin son təyyarə reyslərinə bilet tapa bilməyən insanlar Türkiyə ilə sərhədə doğru axışıblar. “İbrahim Xəlil” keçid-buraxılış məntəqəsi qarşısında minlərlə insan toplaşıb. Türkiyənin sərhədi bağlayacağı haqda yayılan şayiələr onların narahatlığını daha da artırıb.

Qeyd edək ki, qondarma “Kürdüstan Muxtariyyəti” ilə bağlı keçirilən saxta referendum olayının ardından dərhal silahlı kürd birləşmələri Türkmanların yaşadıqları bölgələrdə etnik təmizləmə əməliyyatlarına başlayıbdır. “Xudaferin.eu”nun redaksiyasına daxil olan bilgilərə görə, Türkiyə, Suriya, Ermənistan, Fələstin, Livan, İran və Rusiyadakı erməni könüllü quldur dəstələri də bölgədə kürd terrorçularına dəstək vermək üçün burada çalışırlar. Əsas məqsəd qondarma “İraq Kürdüstan Muxtariyyatı”nı tamamilə təmizləmək və etnik təmizləmədən sonra, “monoetnik” bölgə siyasətini rəsmiləşdirməkdir. Bununla da bölgənin bütün təbii sərvətlərinə nail olmaq, özəlliklə də Türkmanların yaşadıqları bölgələrdəki neft yataqlarının tam sahibinə çevrilməkdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:22