İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmağı hədəfləyib

Azərbaycan bugünkü inkişafı ilə, siyаsi, iqtisаdi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmаsında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun lаyiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini dahi siyasətçi İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı.

Bir neçə ildir sosial, siyаsi, iqtisadi, hərbi və s. sahələrdə radikal islahatlar vasitəsilə çox böyük dəyişikliklər həyata keçirən Prezident İlham Əliyev ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə qaldırıb. Həyata keçirdiyi islahatlar cəmiyyətdə çox ciddi nəticələr doğurduğu üçün xalqın dəstəyini birmənalı şəkildə əldə edə bilib. Xalqına söykənərək, ona güvənərək ən çətin və həlli müşkül görünən problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə birdəfəlik həll edir. Müasir Azərbaycanın gündəmi və durumu stabil, sabit, yeni-yeni nailiyyətlər əldə edən, sürətli inkişafı ilə bölgənin liderinə çevrilən bir ölkə olmasıdır. Heydər Əliyev məktəbinin layiqli məzunu və davamçısı olan Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qəətiyyətlə sinə gələrək dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Nəticədə Azərbaycan borc alan ölkədən borc verən ölkəyə, qonşulardan dəstək uman dövlətdən köməyə ehtiyacı olanlara yardım edən dövlətə çevrilib.

İlham Əliyev bir xarizmatik lider olmaqla – ətrafa öz güclü xarakteri, uzaqgörənliyi, rasional və milli maraqlara xidmət edən siyasətilə təsir göstərir, insanları inandırır və arxasınca aparır. Bu xarizma özünü tabeçiliyində olanlara münasibətdə nə qədər soyuqqanlı, tələbkar və işgüzar olaraq göstərirsə, sadə insanlar – xüsusilə, şəhid ailələri, qazilər, ehtiyacı olanlarla münasibətdə bir o qədər humanist və istiqanlı rəftarla seçilir. İlham Əliyev məhz bu iki dioqanal qütbü birləşdirməklə monolit bir lider obrazı yaratmışdır. O, hökümətə büdcə vəsaitlərinin səmərəli istifadəsini tapşırmaqla yanaşı, əhalinin problemli kreditlərini dövlətin hesabına həll edilməsini təmin etmişdir. Burada qənaətlə səxavət, dövlətin fiskal maraqları ilə əhalinin rifahı, ümumi və fərdi maraqlar arasında bir tarazlıq qorunur. İlham Əliyevin xarizmasının gücü, cazibəsi və təsir imkanlarını məhz belə “qızıl orta”da axtarmaq lazımdır.

Hazırda dünyada liderin rolu daha da artmışdı. Çində, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da və s. ölkələrdə liderin rolunun artması, sağ meyillərin güclənməsi, milli maraqların önə çəkilməsi, proteksionizm, hətta ticarət müharibələrinə gedib çıxan millətlərin yarışmasının şahidiyik. Bu yarışmada güclü lider və müasir idarəetmə texnologiyalarını tətbiq edən İlham Əliyevin rəhbərliyilə Azərbaycan özünün rəqabətqabiliyyətini və milli təhlükəsizliyini gücləndirir.

2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial islahatlar, iqtisadi islahatlar, struktur islahatları, siyasi islahatlar, məhkəmə-hüquq islahatları və kadr islahatları aparılıb. Müstəqil Azərbaycan indiyədək bu miqyasda islahat görməyibdir. Ölkə bir ilin ərzində tam “reformat” olduğu halda, heç bir gərginlik yaşanmayıb.

Hansı ki, başqa ölkələrdə bu çapda deyil, daha kiçikmiqyaslı islahatlar belə ağrılı prosesə çevrilir. Məsələn, bu günlərdə Fransada, Çilidə, Finlandiyada, İranda və başqa ölkələrdə islahatların necə narazılıq doğurduğunu və gərginlik yaratdığının şahidiyik. Bu ölkələrin hər biri Azərbaycana nisbətən daha böyük resurslara malikdir. Azərbaycanda isə islahatlar rəvan gedir - təkamül yolu ilə seçilibdir. Çünki cənab Prezident hansı islahatların və nə zaman aparılmasını zərgər dəqiqliyilə müəyyənləşdirir
Amma çox təəssüflər ki, cənab Prezidentin xalqın rifahını yaxşılaşdırmaq və Azərbaycanı inkişaf etmiş öləkər sırasına çıxarmaq üçün var gücü ilə çalışdığı bir vaxtda onun ətrafında bütün bu əziyyətləri yerə vuran, onlara ayrılan dövlət büdcəsinin vəsaitindən sui-istifadə edib məmimsəməklə islahatlara kölgə salan məmurlar mövcuddur.
Belə məmurlar həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində də fəaliyyət göstərirlər. Artıq bir neçə ildir ki, Avropada yaşayan soydaşlarımızın Vətənə göndərdikləri baratların içərisində göndərilənlər (dava-dərman, şəxsi əşyalar və s.) oğurlanır. Bu hal demək olar ki, Avropanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımızın böyük və haqlı narazılığına səbəb olmuşdur və az qala bütün böyük şəhərlərdə müşahidə olunur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məhz yarıtmaz rəhbərliyi nəticəsində Rusiyada Azərbaycan diasporu demək olar ki, yox səviyyəsindədir, bu işdə pərakəndəlik və dağınıqlıq hökm sürür. Avopada isə böyük təcrübəyə malik əsil diaspor rəhbərlərini küsdürüb özlərindən uzaqlaşdırmışlar.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ətrafına yarıtmaz və qeyri-peşəkarları toplayaraq Azərbaycan dövlət maraqlarını təbliğ etmək, hazırkı dövrdə qarşıda duran zəruri işləri təxirəsalınmaz şəkildə həyata keçirmək əvəzinə özü kimi qeyri-peşəkar və laqeyd şəxslərlə birlikdə lüzumsuz işlərlə məşğul olur və belə addım atmaqla diaspor işində faydalı və nüfuzlu soydaşlarımızı özlərindən incik salıb kənara çəkilmələrinə səbəb olurlar.
Düşünürəm ki, bu səpkidə "fəaliyyət" cənab Prezidentin diasporlarla üzrə apardığı siyasətində müəyyən etdiyi prioritet istiqamətlərin reallaşdırılmasına bilrəkdən durğunluq yaratmaq təsiri bağışlayır və müşahidə olunan problemlər tezliklə öz müsbət həllini tapmalıdır.

Şəmil Şəkərəmli
“Xudaferin” jurnalının Benilüks ölkələri üzrə xüsusi müxbiri

23:23