Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə Dünyamız və İNSANLIQ üçün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb. Bəzi dünya mətbu orqanları bir çox birinci xanımları onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirlər. Çünki o, təkcə gözəlliyi, zövqü və Prezidentin həyat yoldaşı olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də dünyada artıq geniş şöhrət sahibidir. Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət xadimlərindən onun haqqında daim müsbət fikirlər eşidirik. Demək olar ki, hamının da fikri yekdildir: Azərbaycanın bəxti gətirib! Bu, inkarolunmaz bir həqiqətdir.
Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin müqəddəs ünvanına çevrilməklə, zaman etibarı ilə o qədər də böyük olmayan müddətdə ümumxalq mənafeyi baxımından bir sıra strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət steoritiplərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olmuşdur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir.
Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunur.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yolunu tutan, daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Fondun fəaliyyətinin öncül sahələrindən biridir. Kitabın sanballı cəhətlərindən biri də budur ki, Mehriban xanımın millətin maraqlarını, dövlətin siyasətini hifz edən, strateji əhəmiyyət daşıyan xarici ölkələrə səfərlərini, səlahiyyətli şəxslərlə görüşlərini, məzmunlu çıxışlarını, ictimaiyyətlə ünsiyyətini əks etdirən çox maraqlı materiallarla da burada tanış olmaq olar. Məsələn, Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Təhsilə qayğı müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Fondun önəm verdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyatda baş verən yenilikləri təhsil sahəsinə yönəltməyə, yeni texnologiyaların tətbiqinə imkan verir. Yalnız səmimi vətənpərvərlik hissi Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xamım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir - humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.
Şəmil ŞƏKƏRƏMLİ,
"Xudafərin" jurnalının Benilüks ölkələri üzrə müxbir ofisinin rəhbəri
Azərbaycanın nəcib və alicənab siması

14:11