İkili vətəndaşlıq, immiqrasiya və qaçqınlar – alman partiyalarının fərqli yanaşmaları

 

Almaniyada qaçqınlar mövzusuna yanaşmalarda əvvəlki kimi, yenə də həmrəylik yoxdur.

Xristian Sosialistlər İttifaqının (XSİ) bu məsələ ilə əlaqədar tələblərindən biri ondan ibarətdir ki, qaçqınların qəbuluna kvota tətbiq edilsin, ölkəyə hər il 200 mindən çox insan buraxılmasın. Angela Merkelin fikrincə, bu tələb AFR-in Əsas Qanununa ziddir, çünki həmin Qanun hər kəsin bu ölkədə sığınacaq almaq hüququna təminat verir. Yaşıllar və liberallar da qaçqınların qəbulu ilə bağlı hər hansı kvotalar və məhdudiyyətlər tətbiq edilməsinin əleyhinədirlər. Lakin onların öz arasında da bu problem barədə fikir ayrılıqları var. Məsələn, Azad Demokratlar Partiyası (ADP) Məğrib ölkələrinin təhlükəsiz dövlətlər kimi tanınmasına tərəfdardır. Bu, Almaniyada qaçqın statusu almamış Şimali Afrika mənşəli əcnəbilərin bu ölkədən çıxarılması prosedurunu xeyli sadələşdirərdi. Burada qarşıdurma xəttinin bir tərəfində liberallar və XSİ, digər tərəfində yaşıllar dayanır. Həm yaşıllar, həm də liberallar belə hesab edirlər ki, Almaniyanı immiqrasiya ölkəsi hesab etməyin və “gərəkli” əcnəbilərin, yəni müəyyən meyarlara uyğun gələn insanların Almaniyada yaşamaq və işləmək hüququ əldə etməsinə imkan verən qanun qəbul etməyin vaxtıdır. XSİ isə belə bir qanunun əleyhinədir.

Liberallardan və yaşıllardan fərqli olaraq bavariyalı mühafizəkarlar Almaniyada ikili vətəndaşlıq əldə etmək imkanına neqativ münasibət bəsləyirlər. Xristian demokratlar bu iki məsələ barəsində aralıq mövqe tutur, yəni onlar həm birincilərlə, həm də ikincilərlə kompromisə getməyə hazırdırlar. Müşahidəçilərin fikrincə, bütün “Yamayka” razılığa gələ bilər, çünki bir sıra məsələlər immiqrasiya qanununun və alman vətəndaşlığı verilməsi qaydalarının necə ifadə edilməsindən asılıdır.

Xudaferin.eu
“Avropa Bürosu”

10:00