Haker hücumunun vurduğu zərər 1 milyard dollar həcmində qiymətləndirilir

 

 

“WannaCry” virusu vasitəsilə həyata keçirilən haker hücumları bir həftədən də az müddət ərzində 1 milyard dollar həcmində zərərə səbəb olub. Bu barədə informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “KnowBe4” kompaniyası məlumat verib.

Mayın 12-də başlayan kiber-hücumlar dünyanın azı 150 ölkəsində 200 mindən 300 minədək kompüteri yoluxdurub. Ekspertlərin fikrincə, hücumlar təkrar oluna bilər.

Kompaniyanın məlumatına əsasən, bütün dünya üzrə iri kompaniyaların işinin kütləvi dayanması nəzərə alınmasa, “WannaCry” virusunun vurduğu zərər 1 milyard dolları keçir. Bundan əlavə, məlumatların itməsi, istehsalatın aşağı düşməsi, məhkəmə işləri, reputasiyaya dəyən zərbə və digər bu kimi faktorlar da əlavə maliyyə itkilərinə səbəb olub. Hakerlərin özləri isə vurduqları zərərlə müqayisədə elə də çox pul qazanmayıb. Sərt diskləri kodlaşdıran virusu zərərsizləşdirmək üçün hakerlər 300 dollar alaraq, orta hesabla 126 min 742 dollarlıq 302 ödəniş götürə biliblər. “Check Point Software” antivirus şirkəti dünyada 200 milyon istifadəçini təhlükə altında qoyan yeni kiberhücum aşkar ediblər. Hakerlər “VLC”, “Kodi” (“XBMC”), “Popcorn Time” və “Stremio” kimi proqram mediapleyerləri üçün zərərverici subtitrlər yaratmağı və bu proqram təminatı qurulmuş qurğulara (smartfon, planşet, kompüter, televizor) müdaxilə etməyi öyrəniblər.

“VLC” mediapleyerinin 5 iyun 2016-cı il tarixində buraxılmış son versiyası 170 milyon dəfədən çox yüklənilib. Təhlükə yaradan başqa pleyerlər milyon dəfələrlə yüklənib. “Check Point” şirkətinin nümayəndəsi bildirib ki, subtitrlərlə bağlı boşluqlar səbəbindən təxminən 200 milyon qurğu risk qrupuna daxildir. Pleyerlərin yaradıcıları yuxarıda qeyd edilmiş problemi aradan qaldıraraq yeni versiyalar çıxarıblar.

Xudaferin.eu
“Avropa Bürosu”

17:08