Haaqada Azərbaycan Diasporu Ermənistan səfirliyi qarşısında aksiya keçirdi

Ermənistan səfirliyi isə qapılarını bərk qapatmışdı

Dünən Niderland Krallığının Haaqa şəhərində bu ölkədə yaşayan azərbaycanlılar və türk diasporunun fəalları bir araya gələrək Ermənistan səfirliyinin binası qarşısında son günlər Azərbaycan Respublikasının Füzuli (Qarabulaq) rayonunun Alxanlı kəndində Ermənistanın silahlı qüvvələrinin dinc əhalini gülləbaran etməsi və bunun sonucunda azyaşlı körpələrin qətlə yetirilməsi vandalizminə qarşı etiraz mitinqi keçiriblər.
Qeyd edək ki, mitinqin keçirilməsi üçün “Avropa Azərbaycanlıları” təşkilatının sədri və fəal diaspor təmsilçimiz Emil Əliyev Haaqa şəhər bələdiyyəsindən rəsmi icazə almış və qısa bir zamanda Niderland Krallığında yaşayan milli diaspor fəallarımızı bu aksiyada iştirak etməsi üçün səfərbər edə bilmişdir.
Etiraz aksiyasına qatılanların sırasında bu ölkədə təhsil alan azərbaycanlı tələbələrdən Sənan Süleymanlı, Cavid İbad, Cavid Abdullayev, Şamil Mustafazadə, Məhəmməd İbrahimov, Mehrab Bağırlı, Bayram Orucov və digərlər xüsusi fəallıq göstərmişlər.
Etiraz aksiyasına qatılan milli diaspor fəallarımız Ermənistanın Azərbaycan dövlətinə qarşı apardığı işğalçılıq siyasətini kəskin şəkildə tənqid etmiş və dünya birliyindən bu işğalçı siyasətin vəhşətlərini və dəhşətlərini tanımağa çağırmışlar. 

Xudaferin.eu
Hollandiya, “Amsterdam Bürosu”

   

 

 

02:03