Gürcüstanda dollarla verilən ipoteka kreditlərinin lariyə konvertasiyası yalnız sadə vətəndaşlara deyil, həm də Gürcüstan hökumətinin çoxsaylı üzvlərinə də aid ediləcək. “Monitorinq mərkəzi –mediator” QHT-nin məlumatına görə, nazirlər kabinetinin 7 üzvü, həmçinin baş nazir Georqi Kvirikaşvili dollar kreditləri əldə edib.
2016-cı ilin yanvar ayından rəsmilərin əmlak deklarasiyaları incələndikdən sonra hüquq müdafiəçiləri müəyyən edib ki, maliyyə naziri Dmitri Kumsişvili, elm və təhsil naziri Aleksandr Cecelava, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georqi Qaxariya, ədliyyə naziri Teya Çulukiani, mədəniyyət və abidələrin qorunması naziri Mixail Qiorqadze, gənclər və idman naziri Tariel Xeçikaşvili, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir Sozar Subari son illər kredit əldə edənlər arasındadır.
Gürcüstanda nazirlər evi ipoteka ilə alır

Azadlıq.info
16:27
Digər xəbərlər