Güney Azərbaycanda mollakratiya rejiminə qarşı xalq etirazları

 

Muğan bölgəsindəki Əndəryan kəndinin əhalisi qızıl mədəninin qarşısında etiraz yığıncağı keçirib

Vəziğanın Əndəryan kəndinin (gerçək adı Əndirqan kəndi) əhalisi kəndin yaxınlığında yerləşən qızıl mədəninin qarşısına toplaşaraq bu mədənin qanunsuz fəaliyyətinə etiraz ediblər. Etiraz yığıncağı bazar günü yerli vaxtla saat 9 radələrində baş tutub. Kənd əhalisi mədəndə bir sıra təhlükəli və zəhərli maddələrdən düzgün istifadə olunmaması və bunun ətraf mühitə vurduğu ziyana etiraz edib. Etirazçılar bildiriblər ki, 3 gün əvvəl mədəndə çalışan bir işçi elə həmin maddələrdən zəhərlənərək həyatını itirib. Bu faciəni ört-basdır etmək üçün hökumət qüvvələri tərəfindən naməlum istiqamətə aparılıb. Son bir il müddətində mədəndə bir neçə nəfərin zəhərləndiyi bildirilir.

Kənd əhalisinin etirazından sonra mədən müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Həmçinin etirazlarla bağlı mədənə baxış keçirmək üçün Tehrandan Əndəryan kəndinə bir heyət yola düşüb. Həmin nümayəndə heyəti mədəndəki vəziyyəti araşdıracaq.

Əndəryan kəndi və bölgə əhalisi işsiz olduğu halda, İran mollakratiya rejimi sözügedən mədəndə Çin, Qazaxıstan, Rusiya, Gürcüstan və Ermənistan vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyəti ilə bağlı bölgə əhalisinə nəsib olan yalnız ətraf mühitin korlanmasıdır. Vərziğan şəhəri “Ətraf Mühit Mühafizəsi İdarəsi”nin rəisi bildirib ki, mədən fəaliyyətinin davamı üçün ətraf mühitin vəziyyətini qiymətləndirən komitədən qanunla heç bir icazə almayıb. Əndəryan kəndinin əhalisi tələbləri təmin olunmayacağı təqdirdə daha geniş etiraz yığıncaqlarının keçiriləcəyi barədə xəbərdarlıq ediblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

10:50