Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Onlar qurumun sədri Səfiyar Abdullayevin Cəmiyyətə məxsus daşınmaz əmlakı üzvlərdən xəbərsiz ayrı-ayrı vaxtlarda özəl şirkətlərə satmasından şikayət edirlər.
Əsasən söhbət "Səbinə" kooperativi, "Mərhəmət" mağazası, Ş.Qurbanov küçəsindəki Mədəniyyət Evi və Üzeyir Hacıbəyli küçəsindəki Mərkəzi Mədəniyyət Evinin torpaq və avadanlıqlarının satışından gedir.
Müəlliflər qeyd edirlər ki, 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Ceyhun Hacıbəyli küçəsində yaşayış binasının tikintisi üçün 1775kv. metr sahə ayırıb. Ancaq ərazi "İnter-ST" MMC-yə satılıb. Cəmiyyət üzvlərinə deyilib ki, bunun əvəzində 200 kv. metr qeyri-yaşayış sahəsi alacaqlar ki, burada da mətbəə olacaq.
Müraciətdə deyilir ki, Cəmiyyətin keçmiş torpaqlarında iki ədəd 18 mərtəbəli bina tikilib, ancaq gözdən əlillərə bir mənzil belə verilməyib. Bundan əlavə, F.Yusifov küçəsi, 40 ünvanındakı boş sahəni satmaq istəyirlər. Gözdən əlillər dövlət başçısından məsələyə müdaxilə etməsini və onların hüquqlarının pozulmasına yol verilməməsini xahiş edirlər.
Öz növbəsində Gözdən Əlillər Cəmiyyətinin sədri Səfiyar Abdullayev bildirib ki, bütün deyilənlər "əsassızdır". Onun sözlərinə görə, bütün şikayətlər və tikilən bunalarla bağlı auditor yoxlaması aparılıb və hər hansı bir qanunsuzluq aşkar edilməyib. "Bunların arxasında konkret maraq güdən adamlar dayanır və bütün deyilənlər yalandır", -o bildirib.
Gözdən əlillər prezidentdən dəstək istəyirlər

TURAN İA
09:19
Digər xəbərlər