Gəncədə “Xənnas” filminin təqdimatı olub

 

 “Xəmsə Cinema Plus”-da Azərbaycanda ilk mistik janrda çəkilən “Xənnas” filminin təqdimat mərasimi keçirilib.

Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva və Zarina Qurbanovanın rol aldığı filmin qala gecəsində Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov, filmin rejissoru Elvin Abdullayev və gənclər iştirak ediblər.

Filmin rejissoru Elvin Abdullayev ekran işi ilə bağlı təəsüratlarını bölüşərək bildirib ki, filmdə peşəkar aktyorlar çəkilib və obrazlarının öhdəsindən peşəkarcasına gəliblər. Elvin Abdullayev qeyd edib ki, “Xənnas” filmi Azərbaycanda ilk mistik-trillerdir. Rejissor ekran əsərinin Bakıda və Türkiyədə böyük marağa səbəb olacağını vurğulayıb. Sonra aktyorların iştirakı ilə filmə tamaşa edilib.

Hicran Məmmədova
Gəncə

09:31