Gənc balet artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq

 

 

İyulun 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Gənc balet artisti Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq. T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının prezidentinin 2014-cü il 1 fevral tarixli sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

16:46