Fransa Prezidenti atom sualtı qayığında dənizin dibinə enib

 

Fransa Prezidenti Emmanuel Makron nüvə raketinin startını imitasiya edən təlimlərə qatılaraq atom sualtı qayığının göyərtəsində bir neçə saatlıq dənizin dibinə enib.

 

Fransa Prezidenti “Le Terrible” sualtı qayığına helikopter vasitəsilə enib və həmin fotoşəkili sosial şəbəkələrdə yerləşdirib. Xatırladaq ki, Böyük Britaniya 2019-cu ildə Avropa İttifaqını tərk etdikdən sonra Fransa Aİ-yə üzv 27 ölkə arasında nüvə silahına malik yeganə dövlət olacaq.

Təlimlər prezidentin “İle Longue” hərbi dəniz bazasına səfər proqramının bir hissəsidir. Fransanın ballistik nüvə raketi ilə təchiz olunmuş 4 atom sualtı qayığının hamısı məhz burada yerləşir. Sualtı qayıqlardan əlavə, Fransanın Hərbi Hava Qüvvələri də nüvə silahlarına malikdir. Ümumilikdə ölkənin nüvə arsenalı 300 döyüş başlığından ibarətdir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:16