Finlandiyada yaşayan 14 yaşlı soydaşımız uluslararası festivallarda çıxış edir

 

Finlandiyanın Espoo şəhərində yaşayan 14 yaşlı soydaşımız Emil Dəniz Hartikaynen Namazov yenidən Berlində, “BlackMore Academy”də dünya şöhrətli professor Zaxar Bronun ustad dərslərində iştirak edib və yekun konsertində italyan bəstəkar Tomazo Antonio Vitalinin “Chaccoone Vitali” (“Çakona”) əsərini ifa edib.

Emil Namazov Belçikanın Jenval şəhərində “Musica Mundi” kamera musiqisi festivalında da müvəffəqiyyətlə çıxış edib. Emil Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edir və Təranə Nəzərovanın başçılıq etdiyi “Dostluq” Azərbaycan-Finlandiya Cəmiyyətinin gənclər təşkilatının üzvüdür. O, altı yaşından tanınmış musiqiçi Qrajini Zeranska-Gebertin yanında skripka çalmağı öyrənib və artıq musiqi müsabiqələrinin, o cümlədən 2011-ci ildə Helsinkidə müsabiqənin qalibi gəlib, 2013-cü ildə Tallində gənc musiqiçilərin beynəlxalq festivalında ikinci yeri tutub. Emil Sibelius adına Akademiyanın gənclər bölməsinin şagirdidir və professor Reka Szilvayın rəhbərliyi ilə öz məharətini təkmilləşdirir.

Xudaferin.eu
Finlandiya, “Helsinki Bürosu”

09:20