Eyfelin işıqları söndürüldü

 

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsinin işıqları Misirdə kopt xristianlarını daşıyan avtobusa edilən hücumda həyatını itirənlərin xatirəsinə söndürüldü.

Paris meri Anne Hidalgonun göstərişilə işıqları gecə yarısı söndürülən qüllə qaranlığa qərq oldu. Eyfelin işıqları daha əvvəl də London, Orlando, Sankt-.Peterburq və Brüsseldəki terror hücumlarından sonra söndürülmüşdü. Hidalgo dünən sosial media hesabından: "Misirdəki xristian icması vəhşi və alçaq bir hücumun hədəfi oldu. Həlak olanlar və ailələri barədə kədərlə düşünürəm" ismarıcını bölüşmüşdü.

Xudaferin.eu
“Avropa Bürosu”

09:47