Diaspor təşkilatlarının xanım liderləri bir arada

 

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması müzakirə olunub. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse-prezidenti Könül Məmmədzadə, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə, Kanada Koordinatoru Rəna xanım Müslümova və İsveç Koordinatoru Eluca xanım Atalıyla görüşləri baş tutmuşdur.

 

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə bildirib ki, görüşdə təşkilatın bir sıra işləri barədə geniş müzakirələr edilmiş və gələcəkdə görüləcək işlər haqqında danışıqlar aparılmışdır.

Təşkilatın Koordinator rəhbərlərinin yerlərdə apardığı diaspora işlərilə əlaqədar təbliğatın gücləndirilməsi, eləcə də azərbaycanlıların problemləri ilə daha yaxından, ətrafli şəkildə maraqlanmaq və dünyaya Azərbaycan həqiqətlərinin çatdırılmasının süjet xətti üzərində danışıqlar aparılmışdır.

Görüşdə BDAT-ın İsveç koordinatoru Eluca xanım Atalı həmkarlarına qələmə aldığı kitabları özünün imzasıyla təqdim etmişdir. Daha sonra BDAT rəhbərləri şəhəri gəzərək xatirə rəsmləri çəkdirmişlər. Görüş çox səmərəli keçmiş və Azərbaycan naminə atılması düşünülən hər addım gələcəkdə öz bəhrəsini töhvə olaraq xalqımıza verəcəkdir.
Qeyd edək ki, Eluca Atalı İsveç, Almaniya, Türkiyə, Norveç, Belçika və digər ölkələrdə Azərbaycan gerçəkləri ilə bağlı bir neçə kitabın müəllifi kimi də tanınmışdır. Onun Avropa dövlətlərində fəaliyyət göstərən diaspor cəmiyyətlərinin bir araya gəlməsində ixtisasca hüquqşünas olan həyat yoldaşı Babək Azəri də yaxından iştirak edir.

Xudaferin.eu

 

09:35