“NUR Art House” qalereyasında dekorativ-tətbiqi sənət həvəskarları üçün “Bağça-bağda süzən quşlar” adlı tədbir keçirilib. Tədbirdə sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Zamanın və xalqların incəsənəti: qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə” mövzulu tematik, interaktiv mühazirəsində qonaqlara Rusiyanın tanınmış fırça ustalarının əsərlərinin bitkinləşməsində böyük rol oynamış Azərbaycan xalçalarından bəhs edib.
O, həmçinin Qarabağ və Quba xalça məktəblərinə aid bəzi əsərlərin nümunəsində Azərbaycan xalq-tətbiqi sənətinə rus mədəniyyətinin təsirini əyani şəkildə ziyarətçilərə təqdim edib. Tədbir çərçivəsində xalçaçı-rəssam Eldar Hacıyevin və bədii tikmə ustası Elmira Qasımovanın, Hökumə Qasımovanın, xalçaçı Rəhilə Əhmədovanın əsərlərindən ibarət sərgi nümayiş olunub. Eldar Hacıyev sərgidə nümayiş etdirdiyi “İsusun həyatı”, “Vladimir ikonası” əsərləri barədə danışıb. Tədbirdə, həmçinin toxucu Gülnarə Əliyeva isə iştirakçılara müxtəlif xalça texnologiyalarını göstərib. Sərgi iyulun 10-dək davam edəcək.
Dekorativ-tətbiqi sənət həvəskarları üçün tədbir

Xudaferin.eu
17:25
Digər xəbərlər