Daşkənddə Azərbaycanın İstiqlal Günü təntənəsi

 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd şəhər Milli Mədəniyyət Mərkəzi (MMM) ilə birgə 28 May-Respublika günü ilə əlaqədar mərasim keçirib, konsert təşkil olunub.

 

Konsertdə paytaxtda fəaliyyət göstərən digər xalqların mədəniyyət mərkəzlərinin rəhbərləri və fəalları ilə yanaşı, Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri iştirak ediblər. AMM-nin direktoru Samir Abbasov İstiqlal Günü münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında məlumat verib.

MMM-nin sədri Firdovsi Hüseynov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Özbəkistan həmişə ölkəmizin mövqeyini müdafiə edib, elə bilirəm ki, bundan sonra da belə olacaq. Özbəkistanın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayan F.Hüseynov adət-ənənələrimizin, mədəniyyətimizin eyniliyi haqqında da söhbət açıb.

Sonra AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri rəqslərimizi, İlham Abdulayev sazda el havalarımızı, Yusif Əliyev, İnarə Məmmədova, Vəli Şirinov, Xursand Şerov, İsrail Saidumarov və Abdumalik Tatlı Azərbaycan və Özbək Türkcələrində bir birindən maraqlı ifaları ilə mahnılar oxuyublar.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:16