Çəyirtkələr Yunanıstanda fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub

 

Egey dənizində yerləşən Yunanıstanın Ayos-Efstratios adasında çəyirtkələr səbəbindən fövqəladə vəziyyət elan olunub.

 

Həşəratların adada bitən bitkiləri məhv etməsi heyvandarlığa, burada yaşayan sakinlərin təsərrüfatına ciddi ziyan vurub. Həşəratlarla mübarizəyə Afinanın Kənd Təsərrüfatı Universitetinin tələbələri qoşulublar. Ada Avropa İttifaqının “Natura 2000” proqramının tərkib hissəsini təşkil edən nadir flora və faunaya malikdir. Bununla yanaşı, çəyirtkə problemi bütün Yunanıstanı iflic duruma salıb.
Yunan mütəxəssislərinin də qeyd etdiyi kimi, bu il çəyirtkələrin yaratdıqları problemə görə ölkənin ərzaq təhlükəsizliyi sual altında qalıb. Yəni ölkədə kənd təsərrüfatı üzrə malların istehsalında xeyli dərəcədə problemlərin yaranacağı artıq proqnozlaşdırılmağa başlayıb.

 

Xudaferin.eu
“Avropa Bürosu”

 

11:19