Cövdət Hacıyevin əsərləri “Carmel Klavier” Beynəlxalq Piano Müsabiqəsində ifa olunacaq

 

ABŞ-ın İndiana ştatının Karmel şəhərində gənc musiqiçilərin “Carmel Klavier” IV Beynəlxalq Piano Müsabiqəsi başlanılıbdır.

 

“Carmel Klavier” sayt bu barədə xəbər verir ki, 5-18 yaş arasında musiqiçiləri əhatə edən müsabiqədə Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin də əsərləri səsləndiriləcək. Müsabiqə iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, bu müsabiqə beynəlxalq statusa malik olmaqla yanaşı, həm də dünyanın ən gənc istedadlı musiqiçilərini üzə çıxarır. Bununla yanaşı, həm də müasir dünya musiqisi və bəstəkarlığında yer alan müxtəlif janrların bədii-estetik yönləri ilə hər kəsin tanış olmaq imkanları da yaranır. Belə bir mötəbər festivalda ilk dəfədir ki, Azərbaycan bəstəkarının əsərləri səsləndiriləcəkdir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:52