04 May 2024

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda simpozium keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev tədbirdə iştirak üçün mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Mövcud zaman kəsiyində beynəlxalq münasibətlər demək olar bulanıqlığın və mürəkkəbliyin pik həddinə çatıb. Bu mənfi tendensiyanın ardınca isə həm də müxtəlif beynəlxalq təhdidlər gəlir. Müasir dünyanın əsas qlobal təhdidləri sırasında beynəlxalq liderliyin zərərli boşluğu, terrorizm, dinlər və mədəniyyətlər arasında toqquşmalar dayanır ki, baş verən son eskalasiyalar yaradılışın ilkin konsepsiyalarına dönüş kimi təhlükəli tendensiyalarla da müşayiət olunur. Bir vaxtlar müharibələrin dominant nümunəsi olan zaman kəsiyi indi mədəniyyətlərarası münaqişələrlə əvəzlənir.

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndəliklərə çatdırılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.