18 September 2022

Azərbaycanın Britaniyadakı səfiri BBC radiosunun “The World Tonight” proqramına müsahibə verib

Baxın, biz Ermənistana təklif edirik ki, münasibətləri normallaşdıraq, sərhədləri delimitasiya edək, hamımızın birlikdə yaşayıb əməkdaşlıq etdiyimiz bir region quraq. Ermənistan etnik mənsubiyyət məsələsi, qədim xalqın mifologiyası və müttəfiqlərindən tamamilə asılı olan uğursuz dövlət haqqında daimi şikayətlərdən başqa nə təklif edir?”

XİN: Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ermənilərin hücumları ciddi narahatlıq doğurur

Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumların törədilməsi ciddi narahatlıq doğurur.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.