Azərbaycanın Britaniyadakı səfiri BBC radiosunun “The World Tonight” proqramına müsahibə verib

Baxın, biz Ermənistana təklif edirik ki, münasibətləri normallaşdıraq, sərhədləri delimitasiya edək, hamımızın birlikdə yaşayıb əməkdaşlıq etdiyimiz bir region quraq. Ermənistan etnik mənsubiyyət məsələsi, qədim xalqın mifologiyası və müttəfiqlərindən tamamilə asılı olan uğursuz dövlət haqqında daimi şikayətlərdən başqa nə təklif edir?”
Sonda aparıcı hazırda atəşkəsin qüvvədə olduğunu və bunun davamlı ola biləcəyi barədə səfirə sual ünvanlayıb. Elin Süleymanov isə cavabında atəşkəsin davamlı olmasına ümid etdiyini bildirib. “Prezident İlham Əliyev çıxışında qeyd edib ki, döyüşlərin cəmi 8 saat davam etməsi onu göstərir ki, nə Azərbaycan, nə də Ermənistan həqiqətən də genişmiqyaslı əməliyyat planlaşdırmayıb. Hər bir həyat dəyərlidir, hamımızın bildiyimiz kimi, 79 gəncimiz həyatını itirib”, - deyə o əlavə edib.

Aynurə Tağıyeva

Xudaferin.eu

23:28